Dünya

Sidneydə sərxoş sürücü 4 uşaq öldürdü

1 Fevral 2020 20:57
0 Şərh     Baxış: 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sidneydə velosiped sürən 5 uşaq qəzaya uğrayıb. Avtomobil tərəfindən vurulan 5 uşaqdan 4-ü hadisə yerində ölüb. Şəhərin şimal-qərbindəki Oatlands bölgəsindəki bir qolf klubunun yaxınlığında baş verən qəzanı yerli media "uşaq qırğını" kimi səciyyələndirib.

Ölənlərin hamısı 12 yaşına çatmamış uşaqlardır. Hadisə yerinə gələn Təcili Yardım Xidməti işçiləri şənbə axşamı dəhşətə gəldiklərini söyləyiblər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, qəza qurbanlarının Maronit xristian icmasından olduğu bildirilir. Ölənlərin üçü bacı-qardaşdır, bir uşaq isə ailənin dostu kimi təqdim olunur.

Dini icma Facebook səhifəsindəki statusunda yazıb: "Bu gecə yatmazdan əvvəl dualarınızda uşaqlarını itirmiş gənc Maronit ailəsini xatırlamağınızı rica edirik".

Qəza zamanı ağır yara alan 5-ci uşağın həyatına ciddi təhlükənin olmadığı bildirilir.

Hazırda onun vəziyyəti stabildir.

"Mitsubishi" nin 29 yaşlı sürücüsü hadisə yerində tutulub. Polisin yol kənarında keçirdiyi nəfəs testindən sonra sürücünün böyük həcimdə alkoqol qəbul etdiyi ortaya çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.