Türkiyənin Elazığ əyalətində 4,5 bal gücündə zəlzələ baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 02:32-də Sivricə rayonunda qeydə alınıb.
Yeraltı təkanların ocağı 6,97 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Zəlzələ nəticəsində 39 nəfər həlak olub.
Milli.Az