Dünya

İstanbulda da koronavirus həyəcanı: Altı yaşlı uşaq karantinə alındı - FOTO

31 Yanvar 2020 20:14
0 Şərh     Baxış: 1 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İstanbul şəhərində altı yaşında çinli bir uşaq koronavirus səbəbindən karantinə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə CHP-dən olan keçmiş millət vəkili Barış Yarkadaş özünün "Twitter" hesabından xəbər verib.

"Dünən gecə saat 21:00 radələrində altı yaşında çinli uşaq ailəsi tərəfindən Bakırköy Sadi Konuk Xəstəxanasına gətirilib. İlkin müayinədən sonra ona dərman verilib və evinə göndərilib. Lakin ailəsi gecə yarısından sonra uşağı İstanbul Universiteti Tibb Fakültəsinə gətirib", - deyə o bildirib.

Millət vəkilinin sözlərinə görə, uşaq həmin xəstəxanada karantinə alınıb.

Bununla belə o, çinli uşağın müalicə olduğu yerdə tam karantin vəziyyətinin olmadığını da vurğulayıb:

"Eyni mərtəbədə başqa uşaqlar da var. Tibb işçiləri isə sadəcə maska taxırlar".

Uşağın 10 gün əvvəl Şanxaydan Türkiyəyə gəldiyi bildirilir. Bununla uşağa dəqiq diaqnozun qoyulmadığı da vurğulanır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.