Dünya

“15 yaşım olanda dəfələrlə mənə təcavüz edib” - İdmançı məşqçisini günahlandırır

31 Yanvar 2020 12:29
4 Şərh     Baxış: 4 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransalı idmançı məşqçisinin ona təcavüz etdiyini etiraf edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, keçmiş fiqurlu konkisürmə üzrə 10 qat Fransa çempionu Sara Abitbol məşqçi Gilles Beyeri ona təcavüz etməkdə günahlandırıb.

"Komsomolskaya Pravda"nın verdiyi məlumatına görə, 44 yaşlı idmançı təcavüz barədə yalnız indi danışmaq qərarına gəlib. Onun dediyinə görə, Beyer ona 1990-cı ildən 1992-ci ilə qədər təcavüz edib. Sara bildirib ki, məşqçi ona təcavüz etməyə başlayanda onun cəmi 15 yaşı var idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.