Dünya

Rusiya təyyarəsi təcili eniş etdi - Təhlükəli qadına görə

30 Yanvar 2020 19:24
0 Şərh     Baxış: 2 026
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Simferepoldan Rusiya paxtaxtına uçan təyyarə Moskvanın "Domodedovo" hava limanında təcili eniş edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb "S7 Hava Yolları"na məxsus təyyarənin göyərtəsindəki qadın sərnişinin özünü partladacağı ilə təhdid etməsi olub.

İlkin məlumatlara görə, naməlum bir qadın dəhlizdə dayanaraq çantasını götürüb və içərisində bomba olduğunu bildirib. O heç bir tələb irəli sürməyib.

Ekipaj heyəti təyyarənin məcburi enişinə qərar verib. Göyərtədə 195 nəfər olub.

"İnterfaks" xəbər verir ki, həmin sərnişin içkili vəziyyətdə olub. Onun son vəziyyəti barədə məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.