Dünya

ÜST koronavirusun yayılmasını fövqəladə vəziyyət olaraq tanıdı

31 Yanvar 2020 08:03
0 Şərh     Baxış: 1 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində yeni koronavirusun yayılmasını beynəlxalq səviyyədə fövqəladə vəziyyət kimi tanıyıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adxanom Qebreyesus deyib.

Son məlumata görə, artıq bütün dünyada 7834 nəfər xəstələnib. Bunlardan 7736-ı Çində, 98-i isə 18 ölkədə qeydə alınıb, virusun insandan insana ötürülməsi ilə bağlı 8 hadisə qeydə alınıb. 1370 nəfərin vəziyyəti ağırdır, 170 nəfər həlak olub.

ÜST xəstəliyə müvəqqəti "kəskin tənəffüs xəstəliyi 2019-nCoV", virusun özünə isə "2019-nCoV" müvəqqəti ad verilməsini tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.