Dünya

Özbəkistan koronavirusun episentri olan Uxan şəhərindəki 30 özbək tələbəni Çindən çıxara bilmir

29 Yanvar 2020 21:33
0 Şərh     Baxış: 1 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistan koronavirusun episentri olan Uxan şəhərindəki 30 tələbəni Çindən çıxara bilmir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çin hakimiyyəti özbək tələbələrin və ümumiyyətlə, Uxan şəhərində olan xarici ölkə vətəndaşlarının ölkədən çıxarılmasına hələ ki icazə vermir.

Xatırladaq ki, Çində koronavirusun yayılması təhlükəsi ilə bağlı Uxan şəhərinin də daxil olduğu Xubey əyalətində karantin elan olunub və əyalətin 13 şəhərinə giriş-çıxış bağlanıb. Nəticədə Xubey əyalətinin 41 milyondan artıq əhalisi karantin şəraitində yaşamağa məcburdur.

Bununla belə ABŞ və Yaponiya öz vətəndaşlarının çıxarılmasını elan edib. Özbəkistanın 30 tələbəsindən başqa, 15 qırğız və 10-dan çox tacik tələbə də Uxandadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.