Dünya

Alimlər yeni koronavirusu yetişdirməyə nail olublar

29 Yanvar 2020 21:51
2 Şərh     Baxış: 1 351
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyanın Doerti İnstitutunun alimləri yeni koronavirusu yetişdirməyə nail olublar. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni koronavirusla mübarizə üçün beynəlxalq laboratoriyaların mühüm informasiya əldə etməsinə şərait yaradacaq.

İnstitutdan bildirilir ki, virus xəstələrdən birindən götürülmüş nümunə əsasında yetişdirilib. Bu, yeni koronavirusun Çindən kənarda hazırlandığı ilk haldır.

İnstitutun saytında yerləşdirilmiş məlumatda vurğulanır ki, yeni koronavirusun nümunəsinin yetişdirilməsi analiz zamanı bütün üsullardan istifadə etməyə, virusun bütün özəlliklərini aydınlaşdırmağa şərait yaradacaq ki, bu da öz növbəsində diaqnostikada mühüm irəliləyişə təkan verəcək.

Həmin virusdan Avstraliyada istifadə etməklə yanaşı, onun Dünya Səhiyyə Təşkilatının laboratoriyalarına göndərilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, yeni koronavirusun yayılması nəticəsində Çində artıq 132 nəfər vəfat edib, 6 min nəfərin ona yoluxduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.