Dünya

Çexiyada 4 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

28 Yanvar 2020 08:58
0 Şərh     Baxış: 963
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çexiyada 4 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Adam Voytex dövlət televiziyasının efirində çıxış edərkən deyib.

Onun sözlərinə görə, onlardan ikisi Moravsko-Silezski diyarındakı, biri Zlin və daha bir Cənubi Çexiya diyarlarındakı xəstəxanalarda yatır.

Voytex qeyd edib ki, Braziliyadan gələn turistlərdən biri də koronavirus şübhəsi ilə əvvəlcə Praqanın "Na Bulovce" xəstəxanasına yerləşdirilsə də, daha sonra evə buraxılıb. Onda virus aşkralanmayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.