Dünya

Koronavirus bütün Avropanı təşvişə salıb

27 Yanvar 2020 22:34
0 Şərh     Baxış: 1 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı məkanının beynəlxalq hava limanlarında bu ölkələrə gələn, xüsusilə də Asiyadan daxil olan sərnişinlər üzərində təhlükəli koronavirusa yoluxma əlamətləri baxımından nəzarət gücləndirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müvafiq tədbirlər Aİ-yə üzv olan ölkələrin demək olar, bütün beynəlxalq aeroportlarında qəbul edilib.

Aeroportların əksəriyyətində gecə-gündüz tibb kabinetləri fəaliyyət göstərir, sanitar nəzarəti fasiləsiz həyata keçirilir. Avropa Komissiyası hava limanına enən təyyarələrin göyərtəsində koronavirus infeksiyası əlamətləri olan hər hansı sərnişinin aşkar ediləcəyi hallar üçün təcili planın işlənib hazırlanması məqsədilə təcili göstəriş verib.

İlk halın Vyana aeroportunda qeydə alınması barədə məlumat var. Çinli stüardessa koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.