Yunanıstan polisi 1,2 ton kokaini ölkəyə gətirən 8 əcnəbini ələ keçirib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yunanıstan polisi 1,2 ton kokaini müsadirə edib. Əməliyyat zamanı Karib hövzəsi ölkələrindən Avropaya və şimal-qərbi Afrikaya kokain gətirən beynəlxalq cinayət təşkilatının üzvü 8 əcnəbi həbs edilib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yunan polisindən bildirilib.
Bildirilir ki, bu, narkotiklərlə mübarizə şöbəsinin ən böyük əməliyyatlarından biridir. Cinayət təşkilatı sistemli şəkildə Karib hövzəsi ölkələrindən Avropa və şimal-qərbi Afrikaya mühüm miqdarda kokaini dəniz yolu ilə göndərib.
Əməliyyat ABŞ-ın Afinadakı səfirliyinin Narkotiklərlə Mübarizə İdarəsi (DEA), həmçinin Albaniya və İspaniya polisi ilə Yunanıstan Maliyyə Nazirliyi maliyyə polisi və Yunanıstanın Sahil Mühafizəsinin Narkotiklər və İnsan Alverinə qarşı Mübarizə Şöbəsinin birgə əməkdaşlığı çərçivəsində altı aydan çox davam edib. Polis əməliyyatları yanvarın 24-də eyni vaxtda Attikanın bir neçə bölgəsində həyata keçirilib.
Əməliyyat çərçivəsində 1 ton 181 kiloqram narkotiki yaxtada Yunanıstana gətirərək "qara bazar"a çıxarmağa hazırlaşan 8 əcnəbi həbs olunub, onlardan bir revolver, üç tapança, bir "Kalaşnikov" avtomatı, çox sayda müxtəlif kalibrli silah ələ keçirilib. Daha doqquz nəfərin şəxsiyyəti müəyyənləşdirilib, hazırda Yunanıstanda və xaricdə onlara qarşı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Polisin bildirdiyinə görə, saxlanılanlardan biri 2010-cu ildə əlbir olduğu bir şəxslə birgə Yunanıstandakı həbsxanadan qaçıb, onu tutmaq istəyərkən polisə atəş açıb və onlara beş əl qumbarası atıb. Digər biri isə 2000-ci ildən bəri silahlı qarət, narkotik ticarəti və adam öldürməyə cəhə görə beş dəfə tutulub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü





