Dünya

Türkiyədə zəlzələdən sonra daha 2 nəfər xilas edilib

25 Yanvar 2020 22:04
0 Şərh     Baxış: 956
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə baş verən güclü zəlzələdən sonra xilasedicilər daha iki qadını dağıntılar altından çıxara biliblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Elazığ vilayətində Əzizə adlı qadın dağıntılar altından çıxarılıb. O zəlzələdən 17 saat sonra xilas edilib.

Milli Tibbi Axtarış Qrupunun (UMKE) üzvü onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb və müvafiq tapşırıqlarını verib.

Zəlzələdən 19 saat sonra vilayətdə 65 yaşlı Aişə Yıldız da xilas edilb.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ raronunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

Təbii fəlakət nəticəsində 20-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.

Ölənlər arasında azərbaycanlı yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.