Türkiyənin yardım qrupları suriyalı qaçqınlar üçün evlər tikməyə başlayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin yardım qrupları Suriyanın şimal-qərbindəki İdlib əyalətində döyüşlər nəticəsində didərgin düşən insanlar üçün 10 mindən çox ev tikməyə başlayıb. Bu arada isə Türkiyə Suriyadan qaçan miqrant axınının qarşısını almağa çalışır.
Evlər Türkiyə sərhədindəki Suriya kəndinin yaxınlığında, yüz minlərlə insanın didərgin düşməsinə səbəb olan hava hücumlarının olmadığı bir ərazidə tikilir.
Suriyada rəqib tərəfləri dəstəkləyən Rusiya ilə Türkiyə arasında yanvarın 12-də döyüşlərin dayandırılması barədə razılığın əldə olunmasına baxmayaraq, Rusiya və Suriyanın hökumət qüvvələri üsyançıların İdlibdəki mövqelərini bombalamağa davam edib. Rusiya cümə axşamı yüzlərlə militantın İdlibdə Suriyanın hökumət qüvvələrinə hücumlar etdiyini bildirib.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Türkiyə artıq 3,5 milyondan çox suriyalı qaçqını qəbul edib və təxminən 9 il davam edən münaqişədən sonra Suriyanın militantların nəzarətində olan son iqamətgahı olan İdlibdəki döyüşlər nəticəsində milyonlarla insanın sərhədi keçməyə məcbur olacağında narahatdır.
Lakin Ankara keçən həftə daha bir qaçqın dalğasının qarşısını almaq üçün Moskva ilə razılıq əldə edə biləcəyinə işarə edib.
Türkiyənin müdafiə naziri Hulusi Akar deyib ki, iki ölkə qış mövsümündə didərgin düşən suriyalıları yerləşdirmək üçün İdlibdə təhlükəsiz zonanın yaranmasını müzakirə edir.
Türkiyənin Humanitar Yardım Fondu qrupu son beş ayda 450 mindən çox insanın Türkiyə sərhədinə qaçdığını bildirib. Qrup həmçinin sərhəddən 5 km aralıda 10 min ev tikməyi planlaşdırdığını bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda cərimələnən klinikanin rəhbəri danışdı - (Video)
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur





