Dünya

Yerevanda atışma: Silahlı şəxs Koçaryanın ofisi yaxınlığında bir neçə nəfəri girov götürüb

23 Yanvar 2020 16:20
0 Şərh     Baxış: 2 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yerevanın mərkəzindəki Respublika meydanı yaxınlığında atışma baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə "Erebuni Plaza" biznes mərkəzində kafelərin birində qeydə alınıb. Atəş açan şəxs kafedə bir neçə nəfəri girov götürüb.

Hadisə yerinə xüsusi təyinatlılar və təcili yardım briqadaları cəlb olunub. Mərkəz əhatəyə alınıb. Əməliyyat davam edir.

Hadisənin təfərrüatı ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Erebuni Plaza" ölkəni sabiq prezidenti Robert Koçaryanın ofisinin yaxınlığında yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.