Dünya

Dəhşətli virus Rusiyanın ikinci paytaxtında - FOTO

23 Yanvar 2020 19:49
2 Şərh     Baxış: 2 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada ölümcül 2019-nCoV koronovirusuna yoluxma ehtimalı ilə iki nəfər xəstəxanaya yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, virusa yoluxduğu ehtimal olunan rusiyalı Şanxaydan Krasnoyarsk və Moskvadan keçid etməklə Sankt-Peterburqun Pulkovo aeroportuna gəlib.

Onun səhhəti barədə dəqiq məlumat verilmir. Ancaq "Telegram" kanalının məlumatına görə, uçuş zamanı onun temperaturu birdən-birə 38 dərəcəyə yüksəlib.

Müdafiə kostyumunda olan həkimlər onu xüsusi hermetik "günbəzli" yataqda aparıblar.

"Baza" Telegram kanalı bununla bağlı görüntüləri paylaşıb.

Kişinin olduğu aeroport isə xüsusi xlor tərkibli məhlulla təmizlənib.

Klinikaya yerləşdirilən digər sərnişin isə Çin vətəndaşıdır.

Hər iki şəxsdə eyni simptomlar müşahidə edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.