Kanadada ibtidai və orta məktəb müəllimləri tətil edirlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son 20 ildən artıq müddətdə ilk dəfə olaraq, Kanadanın Ontario əyalətindəki bütün əsas həmkarlar ittifaqları eyni vaxtda etiraz aksiyasına başlayıblar. Onlar əməkhaqqının artırılması və siniflərdə şagirdlərin sayının azalmasını tələb edirlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ontarionun Baş Naziri Duq Fordun sözlərinə görə, həmkarlar ittifaqları "valideynləri girov qismində" saxlayır. Duq Ford bəyan edib ki, onun hökuməti əməkhaqqının artırılmasının birfaizli məhdudiyyəti barədə özünün təklifinə qəti surətdə tərəfdar olacaq.
Əyalətin təhsil işçilərinin ən iri həmkarlar ittifaqı, 83 min üzvü olan Ontario ibtidai sinif müəllimləri federasiyası (ETFO) tətillərə bazar ertəsi başlayıb. Toronto, York və Ottavada bir neçə məktəb bağlanıb. Həmkarlar ittifaqının üzvləri "əmək müqaviləsinin şərtlərinə ciddi riayət edilməsi" rejimində işləməyi qərara alıblar. Bu rejimə yalnız tədris vaxtı iş, məktəbdə adi iş günündən əlavə vaxtda sinifdənkənar fəaliyyət və məktəb ekskursiyalarında iştirakla bağlı işin dayandırılması aiddir.
Bununla yanaşı, çərşənbə axşamı orta məktəblərin ictimai həmkarlar ittifaqı öz tətillərini davam etdirib. Həmin gün katolik müəllimlərin həmkarlar ittifaqı bütün əyalətdə birgünlük tətil keçirib.
Təhsil naziri Stiven Leççe ibtidai sinif müəllimləri federasiyasının aksiyasını "qəbuledilməz" adlandırıb və qeyd edib ki, həmkarlar ittifaqının belə hərəkətləri ucbatından bütün əyalətdəki ailələr uşaqlara qulluq üçün əlavə vəsait axtarmağa məcbur olurlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)





