Dünya

ABŞ hökuməti vətəndaşlarını İtaliyada ehtiyatlı olmağa çağırıb

20 Yanvar 2020 06:30
0 Şərh     Baxış: 982
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ hökuməti İtaliyada təhlükəlilik dərəcəsini ikinci səviyyədə müəyyənləşdirib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti İtaliyanın da terror təhlükəsi ilə üzbəüz olduğunu bildirib. Bu baxımdan vətəndaşlara əhalinin sıx olduğu yerlərdən uzaq durmaq, yerli mətbuatı izləmək, ictimai nəqliyyatdan az istifadə etmək tövsiyə olunub.

Qeyd edək ki, təhlükə xəbərdarlığı 4 şkala üzrə müəyyənləşdirilir və dördüncü səviyyə ən təhlükəli sayılır. ABŞ Dövlət Departamenti Almaniya, Böyük Britaniya və Fransanı da təhlükə dərəcəsi üzrə ikinci səviyyədə qiymətləndirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.