Dünya

Beyrutda toqquşmalar: 165 nəfər yaralandı - FOTO

19 Yanvar 2020 09:26
0 Şərh     Baxış: 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Livanın paytaxtı Beyrutda polislər və etirazçılar arasında toqquşmalar baş verib.

Milli.Az bildirir ki, Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, toqquşmalar zamanı azı 165 nəfər xəsarət alıb, onlardan 65-i xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, digər xəsarət alanlara hadisə yerində tibbi yardım göstərilib.

Məlumata əsasən, xəsarət alanlar arasında həm etirazçılar, həm də polislər var.

Xatırladaq ki, daha əvvəl Livanın prezidenti Mişel Aun ordudan və polisdən Beyrutun çərkəzində vəziyyətin nizamlanması üçün bütün tədbirləri görməyə çağırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.