Dünya

Parisda polislər və etirazçılar arasında toqquşmalar olub

19 Yanvar 2020 09:06
0 Şərh     Baxış: 641
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransanın paytaxtı Parisdə polislər və etirazçılar arasında toqquşmalar olub.

Milli.Az bildirir ki, Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Lion vağzalının meydanında baş verən toqquşmalar zamanı hüquq-mühafizə orqanları tərəfindən 37 nəfər saxlanılıb.

Bildirilir ki, etiraz aksiyası başa çatdıqdan sonra "sarı jiletlər"in və "qara blok"un radikal düşüncəli üzvləri meydanı tərk etməkdən imtina ediblər.

Məlumata əsasən, onlar polislərə daş və butulkalar atmağa başlayıblar, bir neçə motoroller yandırıblar. Daha sonra onlar vağzalın binasına daxil olmaq istyiblər. Polislər etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etmək məvburiyyətində qalıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.