Dünya

Ana nənə və baba ilə birlikdə 4 uşağını qəfəsdə saxlayıb işgəncə verirdilər - Ceyms Bond həbs edildi - FOTO

17 Yanvar 2020 22:14
3 Şərh     Baxış: 1 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Alabama əyalətində ananın, nənənin və babanın 4 uşağı taxta qəfəsə salıb işgəncə etdikləri məlum olub.

Milli.Az xəbər verir ki, Alabama əyalətində yaşayan ailə öz uşaqlarına işgəncə verdiklərinə görə həbs olunublar. Polis şəhərdə sağlamlığa görə yoxlama keçirən zaman ''qansız'' ailədən xəbər tutub.

Belə ki, polislər evə baş çəkərkən otaqda taxtadan qəfəs olduğunu görüblər. Əvvəlcə həmin əşyanı uşaq beşiyi zənn etsələr də, sonradan məlum olub ki, bu, ailənin uşaqları saxladığı taxta qəfəsdir. Evdə 3, 4, 10, 11 yaşlarında dörd uşaq olub. Polis 2 gün sonra 66 yaşlı Pamela Bondu, 69 yaşlı Ceyms Bondu və 30 yaşlı Kayli Manı həbs edib. Uşaqlar isə sığınacaq evlərinə yerləşdirilib. (ölkə.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.