Dünya

"Taliban" Əfqanıstanda zorakılığı azaltmağa hazırdır

16 Yanvar 2020 21:51
0 Şərh     Baxış: 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistan cümə axşamı Talibanın Əfqanıstandakı zorakılığı azaltmağa hazır olduğunu və bunu Birləşmiş Ştatlarla çoxdan gözlənilən sülh sazişinə çatmaqda böyük bir irəliləyiş adlandırıb.

Xarici işlər naziri Şah Mahmudd Qureşinin yayımlanan video mesajında o, İslamabadın sülh prosesində Pakistan, Əfqanıstan və bölgədə sabitliyin bərqərar olmasına yardım etdiyini deyib.

"Bu gün səylər nəticəsində böyük bir inkişaf əldə edildi. Taliban zorakılığın azaldılması tələbini qəbul etdi. İnanıram ki, bu ABŞ-Taliban sülh sazişinə doğru böyük bir addımdır "- deyə, Qureşi detallarla bağlı ıətraflı məlumat vermədən bildirib.

XIN-nin bəyanatında "Pakistanın Əfqanıstandakı barışıq səylərin bəhrə verməsi bizim üçün yaxşı bi nəticədir" - deyə, bildirilir.

Hazırda Vaşainqtonda səfərdə olan xarici işlər naziri dövlət katibi Mayk Pompeo və milli təhlükəsizlik məsəsləri üzrə müşavir Robert O' Brayenlə görüşməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.