Dünya

Qocaman Olimpiya çempionunun 99 yaşı tamam oldu

15 Yanvar 2020 00:45
0 Şərh     Baxış: 1 440
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beşqat Olimpiya çempionu Aqneş Keleti özünün 99-cu ad gününü qeyd edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, A.Keletinin adı idman tarixinə uğurlu macar gimnastı və Yay Olimpiya Oyunları tarixində hazırda sağ-salamat olan qızıl medal mükafatçısı kimi həkk edilib.

Aqneş Keleti 1921-ci il yanvarın 12-də anadan olub. O, həmçinin Holokostu görmüş ən qocaman idmançı qadın hesab edilir. Keleti idman gimnastikası üzrə 10 medal, o cümlədən 1952-ci ilin Helsinki və 1956-cı ilin Melburn olimpiadalarında 5 qızıl medal qazanıb. Onun Macarıstanın qılıncoynatma və yüngül atletika klublarında çıxışları da uğurlu idmançı, 1939-cu ildə ölkənin milli komandasına düşməzdən əvvəl Milli Gimnastika Assosiasiyasının heyətində çıxış edib. 1940-cı ildə Keleti ilk dəfə Macarıstan çempionu titulunu qazanıb, lakin yəhudi mənşəli olduğunu görə elə həmin il onun idmanla məşğul olmasına qadağa qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.