Dünya

Türkmənistan benzinin qiymətinin ucuz olmasına görə ilk onluqda yer alıb

13 Yanvar 2020 21:53
1 Şərh     Baxış: 1 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkmənistan Prezidenti 2020-ci ildə daxili istehlak üçün neft məhsullarının qiymətlərini təsdiqləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2019-cu ilin göstəricilərinə əsasən, Türkmənistan benzinin qiymətinin ucuz olması baxımından dünyada ilk onluqda yer alıb. Ölkədə A-95 markalı benzinin bir litri 1,5 türkmən manatına (0,43 dollar) satılır. Bu göstəriciyə görə Türkmənistan MDB məkanında birinci, dünyada isə səkkizinci yerdədir.

Türkmənistanın ixracının mühüm hissəsini neft məhsulları təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-oktyabr aylarında xaricə 2 milyon 533,7 min ton müxtəlif növ neft məhsulları ixrac edilib. Keçən ilin iyulunda yüksək keyfiyyətli və ekoloji cəhətdən sintetik benzinin də ixracına başlanılıb və 23,6 milyon ABŞ dolları dəyərində 48,8 min ton məhsul xarici bazara nəql olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.