Dünya

Leysana görə aviareyslər daha bir gün təxirə salındı

12 Yanvar 2020 09:16
0 Şərh     Baxış: 1 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dubay Hava Limanları İdarəsi BƏƏ-də davam edən güclü yağışlar səbəbiylə bu gün axşama qədər Dubaya və Dubaydan olan reyslərin təxirə salınması barədə xəbərdarlıq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, dekabrın 11-də hava limanının uçuş zolaqlarını gölə çevirən gün boyu yağan güclü yağışlar səbəbindən Dubay Beynəlxalq Hava Limanından onlarla uçuş təxirə salınıb.

İdarənin "Twitter" səhifəsində qeyd edilir: "Dekabrın 11-i gecədən fasiləsiz yağan yağışları nəzərə alaraq, Beynəlxalq hava limanında növbəti 24 saat ərzində bəzi uçuşlar təxirə salınacaq və ya digər hava limanlarına yönəldiləcək".

Dubay Hava limanının rəhbərliyi hava limanlarının işlərini yaxın vaxtlarda adi qrafikə qaytarmaq üçün mümkün olan hər şeyi edəcəklərinə əmin ediblər. Sərnişinlərə uçuş cədvəlində mümkün dəyişikliklər ola biləcəyi üçün aviaşirkətlərlə əlaqə saxlamaqları, hava şəraitini və nəqliyyat sıxlığını nəzərə alaraq hava limanına daha tez gəlmələri və imkan daxilində avtomobillər əvəzinə metrodan istifadə etməkləri tövsiyə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.