Dünya

Çində Korona virusunun yeni növündən ilk ölüm faktı qeydə alınıb

11 Yanvar 2020 10:32
0 Şərh     Baxış: 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Uxan şəhərində Korona virusunun yeni növündən ilk ölüm faktı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə səhiyyə məsələləri üzrə şəhər Komitəsindən bildiriblər.

Şəhərdə daha 40 nəfərin xəstə olduğu, 100-dən artıq insanın isə nəzarət altında saxlanıldığı qeyd edilir: "Korona virusunun yeni növünə 41 yoluxma faktı qeydə alınıb. Onlardan iki nəfər artıq evə buraxılıb, 7-si ağır vəziyyətdədir, 1 nəfər ölüb, digər xəstələrin vəziyyəti stabildir".

Qeyd edək ki, dekabrın sonunda yerli hakimiyyət naməlum virusun yayıldığı barədə məlumat verib. Yanvarın 5-i bu xəstəliyə 59 nəfərin yoluxduğu bildirilirdi. Yanvarın 9-u çinli ekspertlər müəyyən edib ki, yayılan Korona virusunun yeni növüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.