Dünya

Türkiyədə azyaşlını zorlayıb öldürdülər, sonra basdırıb üstünə daş tökdülər - FOTO

10 Yanvar 2020 19:43
7 Şərh     Baxış: 5 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Qars şəhərində azyaşlını zorlayaraq öldürən şəxslərin məhkəməsi olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki,Kağızman rayonu Paslı kəndində doqquz yaşlı Sedanur Gözəlin itkin düşəndən yeddi gün sonra daşlarla örtülmüş meyiti tapılıb.

Üçüncü sinfində oxuyan S.Gözəlin həmkəndliləri 37 yaşlı Ertan Bozqurd, 34 yaşlı Əhməd Bilən və 47 yaşlı Himmət Uç onu təcavüzə məruz qoyub öldürmələri iddiası ilə tutulublar.

Məhkəmədə son sözləri soruşulan cinayətkarlar törətdiyi əməli qəbul etməyərək bəraət tələb ediblər.

Uşağın valideynləri cinayətkarlara ən ağır cəza verilməsini istəyib.

Məhkəmə qərarı ilə E.Bozqurd və Ə.Bilən hər ikisi 39 il müddətinə azadlıqdan məhrum edilib, H.Uç isə bəraət alaraq azadlığa çıxıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.