Türkiyənin Kocaeli şəhərində bir şəxs özünü körpüdən atıb.
Milli.Az bildirir ki, Yeni il məhəlləsi ərazisində U.G. adlı kişi yaxınları ilə gedən zaman qəfil körpünün kənarına çıxaraq tullanıb.
Altı metr məsafədən avtomobil yoluna atılaraq intihar etmək istəyən həmin şəxs ağır yaralanıb.
Bu vəziyyəti görən sürücülər avtomobillərini saxlayıblar.
Yaralı xəstəxanaya çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilib. (ölkə.az)
Milli.Az