Dünya

ABŞ administrasiyası İraqa qarşı sanksiyalar hazırlayır

7 Yanvar 2020 09:29
0 Şərh     Baxış: 1 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ İraqa qarşı sanksiyalar hazırlamağa başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna səbəb İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılması ilə bağlı qətnamə qəbul etməsidir.

Bildirilib ki, xüsusilə, ABŞ biznesinin İraqın biznes dairələrilə iş qurmasına qadağa qoyulması imkanları nəzərdən keçirilir.

Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Amerika tərəfinə düşmənçilik göstərəcəyi təqdirdə Bağdadı iqtisadi məhdudiyyətlərlə təhdid edib.

Sanksiyaların tətbiq olunmasında aparıcı rolu Ağ Ev və ABŞ Maliyyə Nazirliyi oynayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.