Dünya

İsveçrə səfiri İran XİN-ə çağırıldı

5 Yanvar 2020 17:10
0 Şərh     Baxış: 807
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın İrandakı mənafeyin qoruyan İsveçrə səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Abbas İraqçı deyib.

A.İraqçının sözlərinə görə, İsveçrə səfirinə ABŞ prezidentinin təhdid xarakterli və beynəlxalq qanunları pozan açıqlamalarına qarşı İranın sərt notası elan olunub.

ABŞ prezidentinin İranın mədəniyyət mərkəzlərinə hücumuna dair hədəsinə münasibət bildirən nazir müavini deyib ki, belə hücumlar beynəlxalq qanun-qaydalara əsasən "hərbi cinayət" hesab olunur:

"İran İslam Respublikası heç bir təhdidin altına düşməyəcək, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə hər hansı addıma cavab verməyə hazırdır".

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Qeyd edək ki, son iki gün ərzində İsveçrə səfiri artıq üçüncü dəfədir İran Xarici İşlər Nazirliyinə çağırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.