Dünya

Polşada Ədliyyə nazirini öldürməyə hazırlaşan şəxs tutuldu

5 Yanvar 2020 12:04
0 Şərh     Baxış: 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşada bir neçə şəxsin qətlində və ölkənin Ədliyyə naziri Yan Zebroya qarşı sui-qəsd hazırlığında şübhəli bilinən 28 yaşlı şəxs yaxalanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Jedynka" radiostansiyası məlumat yayıb. Həmin şəxsin narkomafiya əleyhinə işlə məşğul olan prokuroru da öldürmək istədiyi məlum olub. O həmçinin, külli miqdarda narkotiki satmaqda, sifarişli qətlə hazırlaşmaqda günahkar bilinir.

Cinayətkar elə narkotik satarkən polis tərəfindən ələ keçirilib.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, o, Ədliyyə nazirini və prokuroru öldürmək üçün əlbir olduğu şəxsə 23,5 min avro pul ödəməli imiş. Ancaq bu sövdələşmə baş tutmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.