Dünya

Hindistanda təyyarə qəzaya uğradı: ölənlər var

4 Yanvar 2020 16:15
0 Şərh     Baxış: 838
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Madhya Pradeş ştatında özəl aviasiya tədris şirkətinə məxsus təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Saqar rayonu ərazisində baş verən qəzada ölənlər uçuş təlimatçısı və təlimçi-pilot olub. Təyyarə əkin sahəsinin yaxınlığındakı uçuş zolağına enməli imiş. Amma ehtimal olunur ki, qatı dumanlı hava şəraitində pilot səhvən əkin sahəsinə eniş edib və bu zaman qəza baş verib.

Dərhal hadisə yerinə gələn polis əməkdaşları yaralı vəziyyətdə tapılan təlimatçı və pilotu xəstəxanaya çatdırmağa cəhd ediblər. Lakin hər iki şəxs yolda keçinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.