Dünya

Şəkilçəkən ikinci mərtəbədən taksinin üzərinə çırpıldı - VİDEO

2 Yanvar 2020 16:30
0 Şərh     Baxış: 1 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Elazığ vilayətində şəxs ikinci mərtəbədən avtomobilin üzərinə yıxılıb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident Yeni məhəllə, Beyazıt küçəsində baş verib.

Məlumata görə, bir fotoqrafçının reklam lövhəsini asmaq üçün yataqxananın binasına çıxan Əhməd E. (35), ikinci mərtəbədən müvazinətini itirərək taksinin üzərinə çırpılıb.

Ətrafda olan vətəndaşlar dərhal Əhmədin köməyinə gəliblər. Yaralı, hadisə yerinə çağırılan ambulansla şəhər xəstəxanasına çatdırılıb.

İnsidentin görüntüləri isə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.