Dünya

Çində ən az 27 nəfər naməlum pnevmaniya növündən xəstələnib

31 Dekabr 2019 20:08
0 Şərh     Baxış: 562
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Uhan şəhərində (Hubey vilayətinin inzibati mərkəzi) ən az 27 nəfər pnevmaniyanın naməlum növlərindən xəstələnib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeddi xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Məlumata əsasən, hakimiyyət orqanları virusun mənbəyini təyin edirlər. Epidemioloqlar onun xüsusiyyətlərini araşdırırlar. Epidemioloqların dediklərinə görə, insanların infeksiyaya yoluxması ilə bağlı bir çox hadisələr təzə dəniz məhsulları bazarı ilə əlaqələndirilir.

Həkimlərin qeyd etdiyi kimi, yoluxanların əksəriyyətində xəstəlik ağırlaşmadan davam edir. Onlardan ikisi sağalmağa doğru gedir və tezliklə tibb müəssisələrindən buraxılacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.