Dünya

Çilinin paytaxtında nümayişçilərlə polis arasında şiddətli toqquşma

28 Dekabr 2019 18:52
0 Şərh     Baxış: 647
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İki ay əvvəl güclü sosial böhranla üzləşmiş Çili paytaxtının mərkəzində nümayişlər zamanı minlərlə etirazçı təhlükəsizlik qüvvələri ilə toqquşub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, etirazçılar həmişə olduğu kimi sosial şəbəkələr vasitəsilə Santyaqo şəhərinin "Plaza Itali" meydanına toplaşaraq Sebastyan Pinyera hökumətinə qarşı çıxış ediblər.

Bir həftə əvvəl olduğu kimi, bu dəfə də polislə nümayişçilər arasında şiddətli toqquşma baş verib. Polis meydanı nəzarətə götürərək nümayişçiləri su şırnaqları və gözyaşardıcı qazla qovmağa çalışıb.

Lakin ikisaatlıq toqquşmalardan və yaxınlıqdakı mədəniyyət mərkəzində yanğının baş verməsindən sonra etirazçılar nəhayət meydanın mərkəzinə toplaşa biliblər.

Oktyabrın 18-dən başlayaraq Çilini bürüyən sosial etiraz dalğası ölkənin 1990-cı ildə demokratiyaya qayıdışından sonra ən ciddi qarşıdurmadır. Toqquşmalar nəticəsində 26 nəfər həlak olub, minlərlə insan yaralanıb.

Metroda gediş haqqının artması Prezident Pinyeranın hökuməti əleyhinə inanılmaz sosial sarsıntılara səbəb olub. Qərarın dayandırılmasına baxmayaraq, sosial bərabərsizliklə bağlı narazılığın yaratdığı hərəkat genişlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.