Dünya

Xərçəngdən əziyyət çəkən oğlunun bədəninə şprislə nəcis yeridən ana həbs olundu - FOTO

28 Dekabr 2019 11:02
0 Şərh     Baxış: 7 865
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xərçəngdən əziyyət çəkən övladını öldürmək istəyən qadına hökm oxunub.

Milli.Az Foxnews-a istinadla xəbər verir ki, xərçəngdən müalicə alan oğlunu öldürməyə cəhd edən 44 yaşlı Tiffany Alberts-in 7 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib.

ABŞ-ın Indiana ştatında yaşayan Tiffaninin 7 illik həbs müddəti bitdikdən sonra 5 il boyunca şərti azadlığa buraxılması tələb olunub. Buna səbəb isə qadının ciddi psixoloji problemlərinin olmasıdır.

Belə ki, Tiffani xərçəng xəstəliyindən müalicə alan oğlunun sistem bankasına şpris vasitəsi ilə qanına nəcis yeridib.

Xəstəxanada halı pisləşən, qusan oğlanın vəziyyətində anormallıq hiss edən həkimlər ondan analiz götürdükdən sonra olayın üstü açılıb. Həkimlər polisə xəbər verib, qadın saxlanılıb. O, oğlunu öldürmək istədiyini etiraf edib.

Emin
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.