Dünya

Çexiyada Yeni il ərəfəsində məzuniyyətlərlə bağlı gərginlik yaşanır

27 Dekabr 2019 22:20
0 Şərh     Baxış: 858
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İlin başa çatmasına bir həftədən də az vaxt qalmış müddətdə Çexiya təşkilatları iş qrafikinin pozulması halları ilə daha çox qarşılaşırlar. Bu, təşkilatların öz əməkdaşlarına Əmək Məcəlləsinə müvafiq olaraq bu il qanunla nəzərdə tutulmuş məzuniyyətləri təqdim etməsi nəticəsində baş verir.

Milli.Az bildirir ki, AZƏRTAC Çexiya Həmkarlar İttifaqları Federasiyasına istinadla xəbər verir ki, adıçəkilən tələbin yerinə yetirilməməsi hətta işçi bu dövr ərzində məzuniyyətə getməyi arzulamayacağı təqdirdə belə əmək qanunvericiliyinin pozulması hesab edilir. Yəni əməkdaş onun planlarına daxil olmasa da məzuniyyəti götürməyə borcludur.

İndi isə Yeni il ərəfəsində məcburi də olsa məzuniyyətə çıxanların sayı personal çatışmazlığı və digərləri üçün işçi yükünün artması kimi problemlər ortaya qoyur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.