Dünya

Maşını partladılan icra başçısının son vəziyyəti - YENİLƏNİB - FOTO

26 Dekabr 2019 19:28
0 Şərh     Baxış: 24 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

19:28

Voronej vilayəti hökümətinin mətbuat xidməti Nikolay Frolovun həyati təhlükəsi olmadığını bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, tibb müəssələrinin birində onun müalicəsi davam etdirilir.

----------
17:18

Rusiyanın Voronej vilayətinin Ramon rayonunun rəhbəri Nikolay Frolova qarşı sui-qəsd olub. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, N. Frolov avtomobilinə əyləşdiyi vaxt maşına yerləşdirilən partlayıcı qurğu işə düşüb.

Hadisə nəticəsində o, sağ qalsa da, xəsarət alıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən N.Frolov əməliyyat olunacaq.  

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Voronej vilayəti qubernatorunun müavini Vitali Şabalaov bildirib ki, N. Frolovun vəziyyəti stabildir. Onun sözlərinə görə, hadisə nəzarət altına götürülüb.

43 yaşlı N. Frolov 2018-ci ilin iyulundan etibarən adıçəkilən rayona rəhbərlik edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.