Dünya

Məhkəmə ölmüş adamı “diriltdi”

25 Dekabr 2019 20:49
0 Şərh     Baxış: 1 219
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Vladimirski vilayət məhkəməsi ölmüş adamı "dirildib".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, on ildən çox Kirjaça şəhərində bir qadınla yaşayan 69 yaşlı moskvalı kişi yanvar ayında evdən çıxıb.

Küçədə özünü qəribə apardığı üçün onu psixoloji xəstəxanaya aparıblar və ona psixoloji xəstə diaqnozu qoyulub.

Bu vaxta qədər təqaüdçü xəstəxanada müalicə alıb.

Onun harada olduğundan xəbəri olmayan qadın polisə xəbər verib.

İyunda şəhər ərazisində suda boğulan kişi meyiti tapılıb və qadın səhvən onun sevgilisi olduğunu təsdiqləyib.

Buna görə həmin şəxs barəsində ölüm aktı tərtib edilib, Moskvada qeydiyyatdan çıxarılıb və təqaüdü kəsilib.

Prokurorluğun müraciətindən sonra məhkəmə onun ölüm haqqında qeydiyyatını ləğv edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.