Dünya

Boliviya polisi Meksika səfirliyində sığınacaq alan eks-nazirlərin təhvil verilməsini istəyir

25 Dekabr 2019 08:33
0 Şərh     Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boliviyanın La-Pasa polisinın başçısı Uilyam Kordero, Meksika səfirliyində sığınacaq alan eks-nazirlərinin təhvil verilməsini istəyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, Meksika səfirliyinin nümayəndələrini Boliviya hökuməti ilə əməkdaşlıq etməyə çağıraraq diplomatik missiya ərazisində siğınacaq almış keçmiş hökumət nümayəndələrini təhvil verilməsini istəyib.

Məlumata görə, keçmiş baş nazir Xuan Kintana, keçmiş mədəniyyət naziri Vilm Alanoka, keçmiş ədliyyə naziri Ektor Arse və keçmiş müdafiə naziri Xavyer Savaleta hazırda Meksika səfirliyinin ərazisindədirlər. Keçmiş məmurlar üsyan və terrorçuluğa təhrik etməkdə şübhəli bilinirlər.

Daha əvvəl Meksika Xarici İşlər Nazirliyi Meksikanın Boliviyadakı səfirliyində həddindən artıq Boliviya kəşfiyyat və təhlükəsizlik xidmətləri nümayəndələrinin olması ilə bağlı narahatlığını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.