Dünya

Sibirli biznesmen kəndi sakinləri ilə birlikdə satışa çıxardı

24 Dekabr 2019 19:30
3 Şərh     Baxış: 1 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Krasnoyarsk diyarından olan biznesmen özünü İdrinsk rayonnun Vasilyev kəndinin sahibi elan edərək kəndi sakinləri ilə birlikdə satışa çıxarıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iş adamı 45 evdən və heyvandarlıq kompleksindən ibarət kənd üçün 20 milyon rubl istəyib. Biznesmenin nümayəndələri "sakinlərlə istədiyinizi edə, hətta onları qova bilərsiniz" deyə bildiriblər.

Qeyd edək ki, 1980-ci illərin sonunda Vasilyevka kəndinin inkişafı üçün dövlət tərəfindən pul ayrılıb. Həmin vaxt podratçı kimi Minusinsk inşaat kombinatı çıxış edib. Onun rəhbəri kənd təsərrüfatı məhsullarının istehsalı üçün müddətsiz istifadə şərti ilə torpaq sahələri alıb. Daha sonra isə gözlənilmədən kəndin sahibi olub.

Ancaq həmin dövrdən sonra Rusiyanın Torpaq Məcəlləsində dəyişiklik edilib və biznesmen yenidən qeydiyyatdan keçməyib. Məhkəmə isə icarə müddətini uzatmaqdan imtina etdiyindən hazırda həmin kəndin satılması mümkün deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.