Dünya

Dennis Muilenburg istefa verib

23 Dekabr 2019 21:45
0 Şərh     Baxış: 544
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Boeing" şirkətinin baş icraçı direktoru Dennis Muilenburg istefa verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, onu bu postda gələn il yanvarın 13-dən "Boeing"in idarə heyətinin sədri Dave Calhoun əvəz edəcək.

Şirkət o vaxta kimi "Boeing"in baş maliyyə direktoru Greg Smithin müvəqqəti olaraq baş icraçı direktor vəzifəsini icra edəcəyini açıqlayıb.

"Boeing"in baş icraçı direktoru D.Muilenburg istefasına səbəb kimi şirkətin "737 Max" təyyarəsi, eləcə də "Starliner" kosmik gəmisi ilə əlaqədar gecikmələr və çoxsaylı problemlər də daxil olmaqla bir sıra uğursuzluqlar göstərilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.