Ölkə

Yasamalda yanan bina ilə bağlı yeni xəbər - proses başladı - VİDEO

2 Dekabr 2025 00:22
Baxış: 266
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tüstüdən qaralan işıqsız koridorlar və his qoxan divarlar... Söhbət təxminən 10 gün əvvəl Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın hadisəsinin baş verdiyi yaşayış binasından gedir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, faciədən sonra binada yanğının fəsadlarının aradan qaldırılmasına və təmir işlərinə başlanılıb.

Sakinlərin verdiyi məlumata görə, təmir işləri artıq intensivləşib: "Burada artıq ikinci mərtəbədən başlayaraq təmir işləri başlanılıb. Artıq bu gün konkret olaraq təmir işlərinə başlanılıb. Hazırda bizə söz də verilib ki, bu günlərdə qismən bir xəttin bərpa olunması yolu ilə işıq verilsin".

Yanğın nəticəsində 17 mərtəbəli bina boşaldılıb və sakinlər başqa evlərdə müvəqqəti məskunlaşdırılıblar. Lakin cəmi bir neçə mənzildə getməyə yeri olmayan sakinlər qalıblar.

Təmir işlərinin tam başa çatması və binanın normal yaşayış rejiminə qayıtması üçün işlər davam etdirilir.

Daha ətraflı videomaterialda:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.