Şou-biznes

"Artıq o formada geyinmərəm" - FOTO

2 Dekabr 2025 00:12
Baxış: 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Günay İbrahimli sözünü deyib. yetərincə... Düzgün, peşəkar insanlarla çalışmışam. Buna görə komandama da borcluyam, yaxşı adamlarla çalışanda uğurlu olursan". 

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli "Afaqla 10lar" proqramında deyib. Sənətçi yaradıcılığından danışıb. 

Son günlər geyimlərini öz atelyesində hazırlatdıran Günay artıq açıq-saçıq libaslardan uzaq olduğunu bildirib:

"İndi bağlı geyinmək daha iddialıdır. Bağlı geyinən qadın daha çəkici görünür. "Dəlisiyəm gecənin" klipində açıq geyinmişdim. İndi soruşsalar ki, edərsən? Yox, etmərəm. İllər keçdikcə, düşüncələr dəyişir. O vaxt şıltaq idim, indi ağıryana. O vaxt 18-19 yaşım var idi. Çox da gözəl yaraşmışdı. Səs-küy də yaratmışdı. Çimərlik geyimində olan klipimdən sonra konsert vermişdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.