Dünya

Pompeo: "İsrail-Fələstin konfliktinin həlli üçün…"

23 Dekabr 2019 22:04
0 Şərh     Baxış: 1 291
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail və Fələstinin konfliktin yekun həlli üçün ciddi danışıqlara başlayacağını ümid edirik.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo CSN radiosuna müsahibəsində deyib.

"Ümid edirik ki, tərəflər danışıqlar masası arxasına əyləşəcəklər. Tərəflər çətin məsələləri həll etməyə hazır olacaq liderlərə sahib olmalıdırlar. Onlar danışıqlar seriyası çərçivəsində qarşılıqlı fəaliyyətə hazır olmalıdırlar. Ağır həqiqət odur ki, konfliktin hüquqi həlli yoxdur. Beynəlxalq hüquqa əsasən, kimin haqlı, kimin günahkar olmasıyla bağlı arqumentlər sülh gətirmir. Bu, çətin siyasi problemdir", - deyə o bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.