Dünya

Türkiyə parlamenti Liviya ilə hərbi əməkdaşlıq üzrə memorandumu təsdiq edib

21 Dekabr 2019 20:51
0 Şərh     Baxış: 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə parlamenti Liviya ilə təhlükəsizlik və hərbi əməkdaşlıq haqqında memorandumu təsdiqləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, noyabrın 27-si İstanbulda imzalanan sənəd iki ölkənin suverenliyinə hörmət prinsipləri əsasında müdafiə əməkdaşlığını inkişaf etdirmək məqsədi daşıyır.

Türkiyə və Liviya hakimiyyətləri beynəlxalq hüquq normalarına əsaslanan və iki ölkənin xalqlarını bağlayan tarixi əlaqələri nəzərə alaraq dostluq münasibətlərini inkişaf etdirməyə hazır olduqlarını vurğulayırlar.

Memorandum təhlükəsizlik, hərbi hazırlıq, müdafiə sənayesi, terrorizm və qanunsuz miqrasiyaya qarşı mübarizə, habelə logistika və kartoqrafiya sahələrində əməkdaşlığı nəzərdə tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.