Dünya

Təyyarə qəzaya uğradı: iş adamları öldülər - FOTO

21 Dekabr 2019 10:17
0 Şərh     Baxış: 6 647
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Venesuelada "Caracas Oscar Machado Zuloaga" hava limanının səkkiz kilometr yaxınlığında "Beechcraft 100 King Air" özəl təyyarəsi qəzaya uğrayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ölkənin Baş prokuroru Tarek Vilyam Saabın verdiyi məlumata əsasən, hadisə təyyarə eniş edərkən baş verib.

"Təəssüf ki, Venesuelanın doqquz vətəndaşı həlak olub. Onların yaxınlarına baş sağlığı verirəm", - məmur bildirib.

Saab qeyd edib ki, mütəxəssislər bir neçə saat ərzində aviaqəzanın detallarını araşdıracaqlar.

İlkin məlumatlara görə, təyyarə Bolivar ştatından havaya qalxıb. Onun göyərtəsində iş görüşməsinə gedən biznesmenlər olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.