Hindistanın şimalında, Uttar Pradeş əyalətində bir bəbir çöldə oynayan uşaqlara hücum edib.
Milli.Az xəbər verir ki, bu, son iki gündə uşaqlara edilən ikinci hücumdur.
Evlərinin yanında oynayan 5 və 4 yaşlı uşaqlar qəfildən yırtıcıya rast gəliblər. Qorxan uşaqlar qışqıraraq köməyə çağırıblar. Bundan qəzəblənən heyvan onlara hücum edib. Balaca usagı boynundan yaralayan bəbir, digər uşağı götürüb, qaçıb. Yaralanan uşaq xəstəxanaya çatdırılıb. Qaçırılan uşaq isə yalnız iki gündən sonra ölü tapılıb. Bəbir uşağın bir hissəsini parçalayaraq yeyib, qalıqlarını isə kənddən 300 metr uzaqlıqda yerləşən şəkər çubuğu sahəsinə atıb. (ölkə.az)
Milli.Az