Dünya

İngiltərədə mənzil böhranı artıb

20 Dekabr 2019 06:30
0 Şərh     Baxış: 711
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərədə rəsmi rəqəmlər bir il içində evsizlərin sayının 23 faiz artdığını göstərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2019-cu ilin göstəricilərinə görə, 68 min 170 nəfər evsizdir. Keçən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artım qeydə alınıb.

Evi olmayan şəxslərə xeyriyyə məqsədilə yaradılan Şelter sığınacağının direktoru mənzil böhranının ağır həddə çatdığını söyləyib və hökumətin ən qısa müddətdə addım atmasının vacib olduğunu qeyd edib.

Xatırladaq ki, seçki kampaniyası zamanı Mühafizəkarlar Partiyası mənzil böhranına qarşı tədbirlər görəcəyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.