Dünya

Oğul avtomobil sürməyə görə atasını döydü: sakitləşmədi, maşının şüşələrini də qırdı - FOTO

18 Dekabr 2019 19:19
0 Şərh     Baxış: 2 144
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Bursa vilayətində oğul səki daşı ilə atasının avtomobilinə ziyan vurub.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə İnegöl rayonunun Mahmudiyə məhəlləsində baş verib. Ata və oğul məhəllədə yerləşən dükana borcların ödədikdən sonra evlərinə qayıtmaq istəyiblər. İddiaya görə, oğlu F.M., sükan arxasına keçərək avtomobili idarə etmək istəyib. Ancaq, atası R.M., buna icazə verməyib. Bundan sonra ata və oğul arasında mübahisə yaşanıb. Mübahisə zamanı F.M., atasını vurub, ardınca da səkinin daşlarını sökərək avtomobilin şüşələrini sındırıb.

Ətrafdakı insanların köməkliyi ilə əsəbi gənc sakitləşdirilib. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib. Asayiş keşikçiləri F.M.-in ifadəsini almaq üçün bölməyə aparıblar.

İnsidentlə bağlı təhqiqatlar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.