Dünya

Qırğızıstanda uran hasilatı qadağan olundu

16 Dekabr 2019 14:44
0 Şərh     Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ölkədə uran hasilatını qadağan edən qanunu imzalayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qanunun məqsədi sakinlərin sağlamlığı, eləcə də ətraf mühitin mühafizəsidir.

Qanuna əsasən, ölkə ərazisində uran və torium hasilatı, kəşfiyyat işləri, ölkə daxilinə radioaktiv xammalın və tullantıların idxal olunması qadağan olunur.

Qeyd edək ki, İssık-Kul vilayətində uran yatağının işlənməsi mart-aprel aylarında böyük etirazlara səbəb olmuşdu. Hasilatın qadağan olunması ilə bağlı petisiyanı 20 mindən çox sakin imzalamışdı. Ölkə parlamentində uran hasilatını qadağan edən qanun oktyabrın sonunda qəbul edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.